RƏSMİ SƏNƏDLƏR


“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.2-1-ci yarımbəndə “Lənkəran rayonunun” sözlərindən əvvəl “Lənkəran şəhərinə,” sözləri, “Zaqatala” sözündən sonra “, Cəlilabad, Masallı” sözləri əlavə edilsin;

1.2. 1.1.15-ci yarımbəndə “Zaqatala” sözündən sonra “, Cəlilabad, Masallı” sözləri əlavə edilsin.

2. Bu Qərar 2020-ci il 29 oktyabr saat 00:00-dan qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 28 oktyabr 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin