CƏMİYYƏT


Xüsusi karantin rejimi ilə əlaqədar Goranboy rayonunda giriş-çıxış məhdudlaşdırılıb

Bakı, 29 mart, AZƏRTAC

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində vətəndaşlarla mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onları mümkün qədər evdə qalmağa səsləyirlər. Yaşı 65-dən yuxarı olan şəxslər müəyyən olunduqda isə polislər vətəndaşı evinə qədər müşayiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.