CƏMİYYƏT


Xüsusi karantin rejimi qaydalarına riayət olunmasına nəzarət üçün reydlər davam etdirilir

Bakı, 13 avqust, AZƏRTAC 

Saatlıda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Operativ Qərargah tərəfindən təyin olunmuş qaydalara rayon ərazisində əməl edilməsi ilə bağlı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən İlham Quliyev və Saatlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Tağıyev də reyddə iştirak ediblər.

Həyata keçirilən reyd zamanı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində vətəndaşlarla maarifləndirmə işləri aparılıb, aşkarlanan ciddi qanun pozuntuları polis əməkdaşları tərəfindən sənədləşdirilib. Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək sanitar-gigiyena qaydalarına ciddi riayət olunmasının vacibliyi vurğulanıb. Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.