ELM VƏ TƏHSİL
Xüsusi karantin rejimində məktəblərdə maarifləndirmə tədbirləri aparılacaq
Bakı, 11 sentyabr, AZƏRTAC
Xüsusi karantin rejimində məktəblərdə maarifləndirmə tədbirləri aparılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” ilə əlaqədar Təhsil Nazirliyinin keçirdiyi onlayn mətbuat konfransında Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, təhsil müəssisələrinin görünən yerlərində (dəhlizlərdə, sanitariya qovşaqlarında, yataqxanada, yeməkxanada və s.) COVID-19 pandemiyası zamanı zəruri olan davranış qaydalarını əks etdirən posterlər yerləşdiriləcək. Təhsilalanlara COVID-19 virusu barədə zəruri informasiyanı, eləcə də gigiyena və sosial davranış qaydalarını özündə əks etdirən bukletlər paylanılacaq.