REGİONLAR


Xüsusi karantin rejimini pozan Lənkəran sakini həbs edilib

Lənkəran, 5 aprel, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində xüsusi karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xamid Bəgəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən o, özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib.

Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.