CƏMİYYƏT


Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı vəkillərin hərəkəti barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin məlumatı

Bakı, 5 iyun, AZƏRTAC 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan əldə olunmuş məlumata görə, iyunun 6-8-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı hərəkət məhdudiyyəti aşağıdakı istisnalarla məhkəmə hakimləri ilə bərabər Vəkillər Kollegiyasının üzvlərinə də şamil olunmaqdadır.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Bakıda məhkəmə və digər əlaqəli qurumların da məhdud rejimdə fəaliyyət göstərəcəkləri nəzərə alınaraq yalnız siyahısı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən tərtib olunan və Elektron Hökumət Portalına daxil edilmiş növbətçi vəkillərin hərəkətinə icazə veriləcək.

Fəaliyyətinə icazə verilmiş vəkillərə əvvəlcədən məlumat veriləcək. Həmin vəkillər vəkillik fəaliyyətləri ilə bağlı tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etməli və digər profilaktiki tələblərə riayət etməlidirlər.

Vəkillər Kollegiyası Rəyasət Heyəti bir daha vəkillərə qeyd olunan tarixlərdə yaşayış yerlərini tərk etməmələrini, tibbi maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmələrini, habelə Operativ Qərargahın tələblərinə ciddi riayət etməli olduqlarını bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.