CƏMİYYƏT


Xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanunsuz ov edənlər cərimələniblər

Bakı, 7 avqust, AZƏRTAC

Bu ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçiriblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, reydlər zamanı 35 akt və protokol tərtib edilib və qanun pozucularından 4 ov tüfəngi götürülüb. Ekoloji qanunvericiliyin tələblərini pozanlara, ümumilikdə, 22 min 854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.