İDMAN


Xüsusi olimpiyaçı oğlanlar arasında cüdo üzrə respublika seçmə yarışları keçirilib

Bakı, 21 may, AZƏRTAC

Xüsusi olimpiyaçı oğlanlar arasında cüdo üzrə respublika seçmə yarışlarının qalibləri müəyyənləşib.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, turnir Sabunçu rayonundakı 309 nömrəli orta məktəbdə keçirilib.

Yekun nəticələrə görə, birinci divizionda 66-73 kiloqram çəki dərəcəsində Nikita Merkuryev (Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbi) birinci yeri tutub. İkinci divizionda 35-47 kiloqram çəki dərəcəsində Coşqun Əliyev (Sumqayıt Regional Proqramı (filialı), Sumqayıt şəhər inteqrasiya təlimi internat tipli gimnaziya), üçüncü divizionda isə 51-58 kiloqram çəkidə Eşqin Quluzadə (Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi) qalib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.