İDMAN


Xüsusi olimpiyaçılar arasında atletika üzrə respublika seçmə yarışlarına yekun vurulub

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən oğlanlar arasında atletika üzrə respublika seçmə yarışlarının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Respublika Olimpiya Mərkəzində keçirilən turnirdə 50 metr məsafəyə qaçış yarışlarında aşağı divizionlar üzrə Said Rzayev (Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi, I divizion), Məmmədağa Bayramov (Xəzər rayonu Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi, II division), İslam İbrahimli (Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi, III divizion), Məhəmməd İbrahimov ("Green Light" Autizm Mərkəzi, IV divizion), Mehman Baxşıyev (Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi, V divizion) turnirin qalibi olublar.

Yuxarı divizionlarda isə Sabir Vəliyev (Sabunçu rayonu 11 saylı inteqrasiya təlimli internat, VI divizion), Rauf Qurbanov ( mərkəzi bölmə, VII divizion), Rəsul Qənizadə ("Autizmlilərin İdman Klubu" İctimai Birliyi, VIII divizion), Toğrul Mirzəyev ( Greenlight Autizm Mərkəzi, IX divizion), İlyas Qurbanov (Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi, X divizion) və İlham Qasımov (RETT Autizm İdman və Yaşam Klubu, XI divizion) qızıl medal qazanıblar.

İki yüz metr məsafəyə qaçışda isə Əmrah Quliyev (Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi) fərqlənib. .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.