İDMAN


Xüsusi olimpiyaçılar arasında atletika üzrə seçmə yarışları keçirilib

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Xüsusi Olimpiya Komitəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə seçmə yarışları keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, seçmə yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq oğlanlar və qızlar arasında müxtəlif məsafələrə qaçış üzrə təşkil olunub. Yekun nəticələrə görə, komanda hesabında Nizami rayonu 3 nömrəli xüsusi təhsil məktəbi (3 qızıl, 2 bürünc medal) birinci yeri tutub. Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi (2 qızıl medal) ikinci, mərkəzi bölmənin (1 qızıl, 3 gümüş, 2 bürünc medal) yığması isə üçüncü pillələrdə qərarlaşıblar.

Yarışın mükafatlandırma mərasimində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində olan Daun Mərkəzinin rəqs qrupu çıxış edib. Tədbirdə, həmçinin dünya turuna çıxmış fransız velosiped yürüşçüləri Devi və Emili Sançis cütlüyü Gənclər və İdman Nazirliyi vasitəsilə seçmə yarışları və daun sindromlu uşaqların rəqs nümunələrini izləyib və yarışların mükafatlandırma mərasimində də iştirak ediblər.

Turnirin nəticələrinə görə, ən çox medal qazanmış komandanın bazasında yığma komplektləşdiriləcək və 2023-cü ilin iyun ayında Almaniyada baş tutacaq Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.