İDMAN


Xüsusi olimpiyaçılar arasında badminton üzrə respublika seçmə yarışlarının qalibləri müəyyənləşib

Bakı, 23 aprel, AZƏRTAC

Xüsusi olimpiyaçı qızlar və oğlanlar arasında badminton üzrə respublika seçmə yarışları keçirilib.

Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yarışlar Xəzər rayonu 12 saylı xüsusi internat məktəbində təşkil edilib.

Yekun nəticələrə görə, qızlar arasında birinci divizionda Xəzər rayonu 12 saylı xüsusi internat məktəbinin, ikinci divizionda Sabunçu rayonu 170 saylı inklüziv sinifli tam orta məktəbin komandaları fəxri kürsünün ilk pillələrində qərarlaşıblar.

Oğlanlar arasında təşkil olunan turnirdə isə birinci divizionda Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbinin, ikinci divizionda Sabunçu rayonu 170 saylı inklüziv sinifli tam orta məktəbin, üçüncü divizionda isə Autizmlilərin İdman Klubu İctimai Birliyinin komandaları fərqləniblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.