İDMAN


Xüsusi olimpiyaçılar arasında həndbol üzrə seçmə yarışların qalibləri müəyyənləşib

Bakı, 26 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin üçüncü milli oyunları çərçivəsində oğlanlar arasında həndbol üzrə seçmə yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin idman zalında keçirilən turnirdə komandalar xüsusi Olimpiya proqramı və UNIFIED Sports (İnklüziv birləşmiş idman komandası) proqramları üzrə mübarizə aparıblar .

UNIFIED Sports proqramında birinci divizionda Xəzər rayonu 12 nömrəli xüsusi internat məktəbi, ikinci divizionda Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbi, üçüncü divizionda isə Xəzər rayonu E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli xüsusi internat məktəbinin komandaları fərqləniblər.

Xüsusi Olimpiya proqramı üzrə isə birinci divizionda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin komandası qalib olub. İkinci divizionda Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin, üçüncü divizionda isə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin həndbolçuları birinci yeri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.