İDMAN


Xüsusi olimpiyaçılar arasında pauerliftinq üzrə respublika turniri keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə pauerliftinq üzrə respublika turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında keçirilən yarışda 13 təşkilatdan 60-a yaxın idmançı iştirak edib.

Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandaların tərkibində həm UNIFIED (inklüziv birləşmiş), həm də əqli imkanları məhdud idmançılar mübarizə aparıblar.

Sonda yüksək nəticə göstərən komandalar mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.