İDMAN


Xüsusi olimpiyaçılar arasında stolüstü tennis yarışlarının qalibləri müəyyənləşib

Bakı, 23 sentyabr, AZƏRTAC 

Sentyabrın 23-də Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən stolüstü tennis yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində açıq havada oğlanlar və qızlar arasında təşkil edilən yarışda 70-dən çox atlet mübarizə aparıb.

Komandalar əsasən xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunub.

Sonda qaliblərə mükafatlar təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.