İDMAN


Xüsusi olimpiyaçılar badminton yarışlarında iştirak ediblər

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində badminton üzrə seçmə yarışlar keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir xüsusi Olimpiya proqramına uyğun olaraq oğlanlar və qızlar arasında müxtəlif divizionlarda təşkil edilib. Yekun nəticəyə görə, komanda hesabında Xəzər rayonunun valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi (4 qızıl, 2 gümüş medal) birinci yeri tutub. İkinci pilləyə Xəzər rayonunun E. Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin (1 qızıl, 2 gümüş, 1 bürünc medal) badmintonçuları layiq görülüblər. Sərbəst məşqçi Lyudmila Qasıyevanın komandası (1 qızıl, 1 gümüş, 2 bürünc medal) isə üçüncü yerdə qərarlaşıb.

Yığmamız ən çox medal qazanmış komandanın bazasında komplektləşdiriləcək. Komandamız 2023-cü ilin iyununda Almaniyanın Berlin şəhərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.