İDMAN


Xüsusi olimpiyaçılar florbol yarışında güclərini sınayıblar

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında oğlanlar və qızlar arasında keçirilən florbol yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışda iştirak edən komandalar əsasən, xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunub. Yekun nəticəyə görə, yarışda fərqlənənlər mükafatlandırılıblar. Turnirdə, ümumilikdə 200-ə yaxın atlet iştirak edib.

Yarış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilib. Turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.