İDMAN


Xüsusi olimpiyaçılar futbol üzrə seçmə yarışlarda iştirak ediblər

Bakı, 17 may, AZƏRTAC

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində oğlanlar arasında futbol üzrə seçmə yarışlar keçirilib.

AZƏRTAC xəbər verir ki, turnir həm "Unified Sports" (İnklüziv birləşmiş idman komandası), həm də xüsusi Olimpiya proqramına uyğun olaraq 3 divizionda təşkil olunub.

Yekun nəticələrə görə, birinci divizionda sərbəst məşqçi Lyudmila Qasıyevanın "Unified" komandası qalib adını qazanıb. Sumqayıt şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın "Unified" yığması ikinci, Bakı şəhəri 11 nömrəli xüsusi təhsil məktəbinin məhdudiyyətli xüsusi atletlərindən ibarət komandası isə üçüncü divizionlarda birinci yeri tutublar.

Yığma komanda xüsusi Olimpiya proqramına uyğun keçirilən divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin beynəlxalq yarışlarında iştirak edəcək.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.