İDMAN


Xüsusi olimpiyaçılarımız arasında stolüstü tennis yarışı keçirilir

Bakı, 23 sentyabr, AZƏRTAC 

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə stolüstü tennis yarışı keçirilir.

AZƏRTAC xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində açıq havada oğlanlar və qızlar arasında təşkil edilən yarışın birinci günündə divizionlara bölünmə ilə əlaqəli test görüşləri keçirilib.

Yetmişdən çox atletin iştirak etdiyi turnirə bu gün yekun vurulacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.