DÜNYA


Xüsusi prokuror Müller Maykl Flinnin həbs olunmamasını tövsiyə edib

Vaşinqton, 5 dekabr, AZƏRTAC

2016-cı ildə Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxilə etməsi ehtimalının təhqiqatı ilə məşğul olan ABŞ xüsusi prokuroru Robert Müller paytaxtın Kolumbiya dairəsinin Vaşinqton məhkəməsinə tövsiyə edib ki, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, hazırda istefada olan general-leytenant Maykl Flinn həbs edilməsin.

AZƏRTAC xəbər verir ki, Müllerin məhkəməyə göndərdiyi sənədlərdə keçən il federal müstəntiqlərə yalan ifadə verməsinə görə öz təqsirini etiraf etmiş Flinnin “Rusiya hökuməti və Trampın seçki kampaniyası ilə əlaqədar şəxslər arasında əlaqə və ya koordinasiya axtarışında istintaqla əməkdaşlıq etdiyi” bildirilir.

Həmin sənədlərdə daha sonra göstərilir ki, Flinn keçən il 19 dəfə müstəntiqlərlə görüşüb və onlara hər cür kömək edib. Bu əməkdaşlığa görə Müller Flinn barəsində qətimkan tədbiri kimi həbs cəzası əvəzinə ən minimal cəza təyin olunmasını tövsiyə edib.

Xatırladaq ki, Flinn o vaxt Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə özünün söhbətləri barədə vitse-prezident Maykl Pensə məlumat vermədiyinə görə istefaya gedib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.