ELM VƏ TƏHSİL


Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat və imtahanların vaxtı açıqlanıb

Bakı, 12 fevral, AZƏRTAC 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə (bədən tərbiyəsi ixtisası) iyunun 24-dən 28-dək aparılacaq.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, V qrup üzrə bədən tərbiyəsi ixtisası istisna olmaqla qeydiyyat iyunun 24–dən başlanacaq və iyulun 3-dək davam edəcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları I qrup üzrə iyulun 12-dən 17-dək, V qrup üzrə (bədən tərbiyəsi ixtisası) iyulun 1-dən 7-dək, V qrup üzrə (bədən tərbiyəsi ixtisası istisna olmaqla) iyulun 7-dən avqustun 2-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.