ELM VƏ TƏHSİL
Xüsusi qayğıya ehtiyacı olan insanlara böyük diqqət göstərilir
Bakı, 2 dekabr, AZƏRTAC
3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə 11 nömrəli Xüsusi Məktəbdə tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, xüsusi qayğıya ehtiyacı olan insanların təhsilə, əmək fəaliyyətinə cəlb olunması istiqamətində çox mühüm işlər görülür.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı əlillərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində respublikamızda həyata keçirilən davamlı tədbirlərdən söz açıb.
Tədbirdə şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.