REGİONLAR


Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci

Ağcabədi, 20 avqust, AZƏRTAC

Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Qurban bayramı münasibətilə aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri üçün tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin direktoru, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı və rayon icra hakimiyyəti başçısının müavini Rövşən Əhmədov tədbirdə çıxış edərək, Qurban bayramı münasibətilə uşaqları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.

Bayram tədbiri mərkəzin xüsusi qayğıya ehtiyacı olan uşaqlarının ifasında rəqs və səhnəciklərdən ibarət musiqili proqramla davam edib. Sonda aztəminatlı ailələrə bayram payları, o cümlədən Qurban əti, digər ərzaq məhsulları, uşaqlar üçün geyim və oyuncaqlar təqdim olunub. Əziz gündə qayğıya ehtiyacı olan uşaqlar da bayram sevinci yaşayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.