CƏMİYYƏT


Xüsusi şərtlərlə pensiya təyinatının da avtomatlaşdırılması istiqamətində işlərə başlanılıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sahələri üzrə elektron əsaslar üzərində proaktivyönümlü xidmətlərin tətbiqi işlərinin əhatə dairəsi daha da genişləndirilir. Həmin tədbirlər çərçivəsində nazirlik xüsusi şərtlərlə pensiya təyinatı sisteminin də avtomatlaşdırılması istiqamətində işlərə başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, e-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, elektron qaydada həyata keçiriləcək.

Ölkəmizdə bu ilin əvvəlindən ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanılıb. Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vətəndaşa pensiya hüququ yarandığı gündə elektron qaydada pensiya təyin edilməsinə, bu sahədə məmur-vətəndaş təması olmadan, tam şəffaf xidmətin həyata keçirilməsinə imkan verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.