ELM VƏ TƏHSİL


Xüsusi təhsil müəssisələrində müəllim işləmək istəyənlərin nəzərinə

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimində iştirak etmək üçün namizədlər bu gün saat 18:00-dək müvafiq nazirliyin saytındakı linkə daxil olaraq müraciət edə bilərlər. Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq. Sözügedən təhsil müəssisələri üzrə mövcud vakansiyalar aşağıdakı cədvəldə təqdim olunub.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.