ELM VƏ TƏHSİL


Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 16-17-də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil edilən müsahibələrdə namizədlərə biliyi və metodiki hazırlığı, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunub.

Qeyd edək ki, müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.