ELM VƏ TƏHSİL


Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi

Bakı, 14 sentyabr, AZƏRTAC

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr sentyabrın 16-17-də nazirliyin tabeliyindəki S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək. Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilərək müsahibəyə dəvət edilib.

Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidən hazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur. Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki “Təhsil haqqında məlumatlar” bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.

Namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq. Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, vakansiya seçimi sentyabrın 7-dən 9-dək həyata keçirilib və seçimlərdə 2 min 138 namizəd iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.