ELM VƏ TƏHSİL


Xüsusi təhsil sahəsində səriştələrin artırılması üzrə vebinarlar keçiriləcək

Bakı, 8 sentyabr, AZƏRTAC

Sağlamlıq imkanları məhdud uşaqlarla çalışan təhsil işçilərinin xüsusi təhsil sahəsində səriştələrinin artırılması məqsədilə vebinarlar keçiriləcək. Vebinarlar Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xüsusi təhsil kafedrasının pedaqoji heyəti tərəfindən təşkil ediləcək.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vebinar iştirakçıları sağlamlıq imkanları məhdud uşaqların inkişafının qiymətləndirilməsi haqqında elmi və praktiki məlumatlar alacaqlar. Vebinarlar çərçivəsində xüsusi təhsil ehtiyaclarından asılı olaraq təhsilalanlara ayrı-ayrı fənlərin tədrisi məsələlərinə toxunulacaq. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlb olunması, onlarla korreksiya-inkişafetdirici iş prosesində kompleks yanaşmanın təşkili qaydaları və tərkib hissəsi kimi valideynlərlə birgə işin təşkili məsələlərindən danışılacaq.

Vebinarlar “Microsoft Teams” platforması üzərindən keçiriləcək. Vebinarların keçiriləcəyi tarixlər, mövzular və tədbirdə iştirak üçün keçid linkləri ilə Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, vebinarlarda iştirak üçün göstərilən tarixlərədək müvafiq linklər vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçməyənlər vebinarlarda iştirak edə bilməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.