MƏDƏNİYYƏT


“YADDAŞ” MÜKAFATLARININ TƏQDİMATI KEÇİRİLƏCƏKDİR

Milli mənəvi yaddaşa qayıdışı özündə əks etdirən və Qarabağ mövzusunda yazılmış ən yaxşı ədəbi əsərlərə görə Azərbaycan Yazıçılar Birliyinin Bədii ədəbiyyatı təbliğ bürosunun 2003-cü il üçün təsis etdiyi “Yaddaş” milli mükafatlarının fevralın 5-də təqdimat mərasimi keçiriləcəkdir.

Bürodan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş təqdimat mərasimində komissiya üzvlərinin müəyyən etdiyi 20 nəfərə yaxın qalibə iki adda – “Yaddaş”, “Qılınc və qələm” mükafatları veriləcəkdir.

Qaliblər müsabiqəyə əsər təqdim etmiş 100-dən artıq müəllif arasından seçilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.