SİYASƏT
YƏHUDİ XALQININ MÜSİBƏT GÜNÜ
Bütün dünya yəhudiləri hər il 27 Nisan - yəhudi xalqının müsibət gününü qeyd edirlər. Faşistlərin vəhşiliklərini, həbs düşərgələrini əks etdirən sənədli fotoşəkillər asılmış salonda rekviyem sədaları altında həlak olanların adları çəkildi. Toplaşanlar soyqırım qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad etdilər.
Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov yəhudi xalqının soyqırımı qurbanlarının xatirə gecəsini giriş sözü ilə açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın yəhudi icmasına müraciətini oxudu.
İsrailin Azərbaycandakı səfiri Eytan Naye ölkəsinin Prezidenti Moşe Katsavın məktubunu oxudu.
Azərbaycandakı yəhudi icmasının ravvini Meyer Bruk faşizmin qurbanlarının ruhuna dualar oxudu.
Sonda Mədəniyyət mərkəzinin üzvləri teatrlaşdırılmış səhnələr göstərdilər.