DÜNYA


YƏMƏN İSRAİLİ FƏLƏSTİNLİLƏRİN SOYQIRIMINDA İTTİHAM ETMİŞDİR

AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, Yəmən Təl-Əvivi İsrail tərəfindən işğal olunmuş Fələstin ərazilərində dövlət terrorizmində və əhaliyə qarşı soyqırımı siyasəti yeritməkdə ittiham etmişdir. Yəmən hökumətinin Sənada yayılmış bəyanatında deyilir ki, İsrail ordusunun Qəzzə bölməsinin şimal bölgələrindəki əməliyyatını ancaq “qırğın” kimi qiymətləndirmək olar.

Yəmən hökuməti BMT Təhlükəsizlik Şurasından “Fələstin xalqını İsrailin hərbi maşınından qorumaq üçün tədbirlər görməyi və Qəzzədə baş vermiş hadisələri “bəşəriyyətə qarşı cinayət” kimi qiymətləndirməyi tələb etmişdir.

Bəyanatda regiondakı özbaşınalığın və zorakılığın kökünü kəsmək üçün Fələstin və digər ərəb problemlərinin ədalətlə nizama salınmasının zəruriliyi vurğulanır.

Çin də bu regionda gərginliyin daha da artmasına yol verməmək üçün İsraili Fələstinə qarşı hərbi əməliyyatları dərhal dayandırmağa çağırmışdır. Bunu ÇXR XİN-in İnformasiya və mətbuat departamenti bəyan etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.