YANĞINDAN EHTİYATLI OLUN!
Sabunçu rayonunun Nardaran qəsəbəsindəki, Nizami küçəsində “Barmek” Məhdud Məsuliyyətli Cəmiyyətin elektrik şəbəkəsinə məxsus 6 kliovatlıq transformatorunda baş vermiş yanğın onu sıradan çıxarmışdır.
Baş Dövlət Yanğın Təhlükəsizliyi idarəsindən AZƏRTAC-a bildirmişlər ki, Lənkəran şəhərinin, T.İsmayılov küçəsində Masallı Ərazi Elektrik Şəbəkəsinin səyyar operativ briqadasına məxsus binanın üçdə bir hissəsi yanmışdır. Yanğınsöndürənlər tərəfindən qarşısı alınmış hadisələrin səbəbləri müəyyənləşdirilir.