YANĞINDAN EHTİYATLI OLUN!
Qaradağ rayonunun Qızıl daş qəsəbəsində “Barmek” Məhdud Məsuliyyətli Cəmiyyətin elektrik şəbəkəsinə məxsus 6 kilovatlıq transformatorda baş vermiş yanğın onu sıradan çıxarmışdır.
Baş Dövlət Yanğın Təhlükəsizliyi idarəsindən AZƏRTAC-a bildirmişlər ki, Qusar rayonunun Rəsulbəyov küçəsində Sədulla Qaraoğlanova məxsus üç otaqlı ev, Şəmkir şəhərinin R.Əliyev küçəsində isə Füruzə İsgəndərovanın birotaqlı evi və əşyaları yanmışdır. Yanğınların səbəbi transformatorun həddən çox yüklənməsi, qaz sobasının qızması və elektrik naqillərindəki qısaqapanma olmuşdur.