YANĞINDAN MÜHAFİZƏ TƏLİMİ BAŞA ÇATMIŞDIR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Occupational Traininq İnternational şirkətinin Güzdəkdəki təlim obyektində bir qrup yerli yanğınsöndürən üçün yeddihəftəlik təlim proqramı başa çatmış və burada təlim keçmiş şəxslərə şəhadətnamələr verilmişdir. Təlim keçmiş 32 nəfərin 16-sı Səngəçal terminalı yanğınsöndürmə komandasının üzvü, qalanı isə Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin mütəxəssisləri idi.
Mərasimdən əvvəl yanğınsöndürənlər təlim müddətində mənimsədikləri bilikləri həqiqi yanğın şəraitində nümayiş etdirmişlər. Onlar xüsusi planlaşdırılmış yanğını söndürmüş, “qəzaya uğramış” vertolyotu və yaxınlıqdakı neft çənini bürümüş alovu ram etmiş, “xəsarət almış” adamı xüsusi əməliyyatla yanan maşından çıxarmışlar.
Nəticənin təhlili zamanı bp-nin əməliyyatlar üzrə vitse-prezidenti Nil Mkleari, Səngəçal terminalında sağlamlıq və təhlükəsizlik şöbəsinin meneceri Vein Porşez, avstraliyalı təlimatçı Ros və başqaları çıxış etmişlər.
Yanğınsöndürənlərə müvafiq şəhadətnamələr verilmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var