Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“YANĞIN TƏHLÜKƏSİZLİYİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 28 aprel tarixli 802-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin birinci hissəsinin 8-ci, 14-cü və 18-ci bəndlərində, 9-cu maddəsinin beşinci hissəsində (ikinci halda) və 29-cu maddəsinin üçüncü hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 2-ci, 7-ci, 9-cu, 10-cu və 12-ci bəndlərində, 17-ci maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 22-ci maddəsinin ikinci və üçüncü hissələrində, 27-ci maddəsinin altıncı hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini və 19-cu maddəsində (birinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 1-ci, 3-cü, 4-cü, 6-cı, 11-ci, 13-cü, 15-ci və 16-cı bəndlərində, 6-cı maddəsinin ikinci hissəsinin 1-ci, 8-10-cu bəndlərində, 7-ci maddəsinin ikinci hissəsinin 2-ci, 6-cı və 7-ci bəndlərində, 9-cu maddəsinin birinci-dördüncü hissələrində və beşinci hissəsində (birinci halda), 10-cu maddəsinin birinci hissəsində (ikinci halda) və ikinci hissəsində, 11-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində və ikinci hissəsində, 14-cü maddəsinin üçüncü və dördüncü hissələrində, 15-ci maddəsinin üçüncü hissəsində (ikinci halda), 16-cı maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin birinci və dördüncü hissələrində, 19-cu maddəsində (ikinci halda), 20-ci maddəsinin ikinci hissəsində, 21-ci maddəsinin ikinci hissəsində, 24-cü maddəsinin beşinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsində, üçüncü hissəsində, üçüncü hissənin 10-cu bəndində, dördüncü və beşinci hissələrində, 27-ci maddəsinin birinci-üçüncü hissələrində, beşinci hissəsinin birinci cümləsində (birinci və ikinci halda) və ikinci cümləsində, altıncı hissədə (birinci halda), yeddinci hissədə (birinci və ikinci halda), IV fəslinin adında, 28-ci maddəsinin adında, birinci-dördüncü hissələrində, 29-cu maddəsinin adında, birinci hissəsində, ikinci hissəsində (birinci və ikinci halda), üçüncü hissəsində (birinci halda) və dördüncü hissəsində, 30-cu maddəsinin adında, birinci-üçüncü hissələrində, 31-ci maddəsinin adında və birinci hissəsində, 32-ci maddəsinin adında və birinci hissəsində, 33-cü maddəsinin adında, birinci və ikinci hissələrində, 34-cü maddəsində, 35-ci maddəsinin adında və birinci hissəsində (birinci və ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin birinci hissəsinin 20-ci bəndində və 24-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirir;

həmin Qanunun 5-ci maddəsinin adında və birinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (birinci halda), 15-ci maddəsinin üçüncü hissəsində (birinci halda) və 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir;

həmin Qanunun 20-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Statistika Komitəsi ilə razılaşdırmaqla həyata keçirir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin