YANVARIN BİRİNCİ YARISINDA TEXNOGEN XARAKTERLİ132 HADİSƏ BAŞ VERMİŞDİR
AzerTAg.az
Fövqəladə Hallar Nazirliyinin ictimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 1-dən 16-dək respublika ərazisində texnogen xarakterli 132 hadisə qeydə alınmışdır. Bunların 4-ü partlayış, 1-i uçqun, 127-si isə yanğınla bağlıdır.
Hadisələrin 95-i fərdi evlərdə, 4-ü dövlət yaşayış binalarında, 15-i özəl, 14-ü dövlət müəssisələrində, 4-ü isə avtomobillərdə baş vermişdir.
Nəticədə 4 nəfər həlak olmuş, 16 nəfər xəsarət almış, 149 nəfər xilas edilmiş, həmçinin 7 çoxmənzilli və fərdi yaşayış binası, 121 otaq, 1 mənzil, 2 dövlət və 1 özəl müəssisə, 2 texnika, 60 baş qaramal və davar mühafizə olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var