ELM VƏ TƏHSİL
YAPONİYADA TAM MÜSTƏQİL ROBOT YARADILMIŞDIR
İnformasiya kanallarının yaydığı məlumata görə, Yaponiyada tam müstəqil batiskaf robotu yaradılmışdır. O, ən optimal marşrutu özü seçir və 4 min metrədək dərinliyə dalaraq olduğu yeri təyin edir. Robotu Tokio İstehsal Texnologiyaları İnstitutunun mütəxəssisləri quraşdırmışlar.
300 milyon yena (2,5 milyon dollar) dəyərində olan və rəqəmli kameralarla təchiz edilmiş maşından okean təkinin əlçatmaz və təhlükəli sahələrinin, məsələn, sualtı vulkanların və ya qaynar su püskürən filiz yataqlarının tədqiqində istifadə ediləcəkdir. İlk ekspedisiyanı gələn ilin may ayında Sakit okeandakı Marian çökəkliyində keçirmək nəzərdə tutulmuşdur.