MƏDƏNİYYƏT
YAPONİYADA YAŞAYAN MÜSƏLMANLARIN SAYI 100 MİN NƏFƏRƏ ÇATMIŞDIR
Səfir qeyd etmişdir ki, bu 100 min nəfərin 90 faizi qeyri-yapon mənşəlidir. Gündoğan ölkədə onların hamısı dini etiqad azadlığına malikdir və müsəlmanların hüquqlarının məhdudlaşdırılmasından və təqib edilməsindən söhbət belə gedə bilməz. Cənab Yavuu demişdir ki, indi onun ölkəsində 25 məscid, 200 ibadətxana və 100-dən çox islam təşkilatı fəaliyyət göstərir. Yaponiyada ilk müsəlman birliyi XX əsrin əvvəllərində, Rusiyada oktyabr indilabından sonra müsəlmanların keçmiş imperiyadan Gündoğan ölkəyə mühacirət etməyə başladıqları vaxtlarda meydana gəlmişdir. Ötən əsrin 80-ci illərində, Yaponiyada iqtisadiyyatın yüksək sürətlə inkişafı illərində ölkə işçi qüvvəsi və mütəxəssis kimi daha çox əcnəbini cəlb etmişdir ki, onların da xeyli hissəsi müsəlmanlar idi.
Səfir əl-Əzhar Universitetinin alimi ilə görüşdə bu məşhur təhsil ocağının Tokioda şöbəsini yaratmağın, eləcə də Yaponiyadan buraya tələbələr göndərməyin mümkünlüyünü də müzakirə etmişdir.
Son vaxtlar Yaponiya müsəlman dünyasına getdikcə böyük diqqət yetirir. Yaxın Şərq Gündoğan ölkənin əsas tərəfdaşlarından biridir. Buna görə də təsadüfi deyil ki, Yaponiyada dövlət səviyyəsində müvafiq araşdırma mərkəzləri və digər qurumlar yaradılır, burada müsəlman dünyası haqqında materiallar toplanır, bu regionda baş verən bütün hadisələr təhlil edilir.