SİYASƏT
YAPONİYANIN ENERGETİKA DİPLOMATİYASINDA AZƏRBAYCAN ONUN ƏSAS TƏRƏFDAŞIDIR
YAPONİYA PARLAMENTİ NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI “ŞİMAL” DRES-DƏ BU FİKRİ İNAMLA DEMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, “Azərenerji” Səhmdar Cəmiyyətinin baş mühəndisi Marlen Əsgərov və stansiyanın rəisi Saleh Məmmədov qonaqlara görülmüş işlər barədə məlumat vermiş, ölkə energetikasının inkişafına göstərdiyi yardıma görə Yaponiya hökumətinə təşəkkür etmişlər. Onlar bildirmişlər ki, bu gün həmin aqreqat respublikada hasil edilən elektrik enerjisinin təxminən 10 faizini verir. Yapon parlamentarilərin nəzərinə çatdırılmışdır ki, “Tepko Tepcko” konsaltinq firması birinci blokda monitorinq keçirmiş, görülmüş işlərdən razı qalmış və yeni blokun tikilməsinə vəsait ayrılmasını məqbul saymışdır.
Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amari ölkəsinin energetika siyasətini müəyyənləşdirən bir şəxs kimi əmin olduğunu bildirmişdir ki, Yaponiyanın energetika diplomatiyasında Azərbaycan onun əsas tərəfdaşıdır. O, Azərbaycan energetikasının inkişafına vəsait ayrılmasına tərəfdar olduğunu vurğulamışdır.
Sonra qonaqlar stansiyanın yeni blokunu gəzmiş, görülmüş işlərlə tanış olmuşlar.
Yaponiya parlamentinin nümayəndə heyətini bu ölkənin Azərbaycandakı səfiri Toşiyuki Fucivara müşayiət etmişdir.