ELM VƏ TƏHSİL
YAPONİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNDƏ OLMUŞDUR
Yaponiyanın Bakıdakı səfiri Toşiyuki Fucivara Azərbaycan Memarlıq və İnşaat Universitetində olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova bu ali təhsil ocağı barədə səfirə ətraflı məlumat vermiş, pedoqoji heyətin təhsil istehsalatı proseslərində fəal iştirakından danışmışdır.
Səfir T.Fucivara universitetin tarix muzeyində, sərgi salonunda eksponatlarla tanış olmuşdur. Tanışlıq xarakteri daşıyan görüşdən sonra Yaponiya-Azərbaycan münasibətlərinə həsr olunmuş seminar keçirilmişdir.
Seminarda qeyd olunmuşdur ki, Azərbaycanın memarlıq və inşaat üzrə yeganə ali məktəbinin Yaponiyanın elm və təhsil mərkəzləri ilə işgüzar əlaqələrinin qurulmasına ehtiyac vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]