“...YAPONİYA-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
AzerTAg.az
Martın 24-də Qafqaz Universitetində “Müasir dünyada İpək Yolunun canlandırılmasına yönəlmiş Yaponiya-Azərbaycan əməkdaşlığı” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, universitetin “2003-2004-cü tədris ilinin seminarlar seriyası” çərçivəsində keçirilən tədbiri rektor Erol Oral açaraq Yaponiya ilə türkdilli xalqlar arasındakı tarixi dostluq münasibətlərindən danışmış, mövzunun əhəmiyyətini vurğulamışdır.
Yaponiyanın Bakıdakı səfiri Toşiyuki Fucivara məruzə ilə çıxış edərək tarixi İpək Yolunun bərpasına və müstəqil Azərbaycanın iqtisadi-mədəni inkişafına Yaponiya hökumətinin dəstəyindən geniş söhbət açmışdır.
Çoxillik diplomatik fəaliyyətinin türk dünyası, o cümlədən Azərbaycanla bağlı olduğunu diqqətə çatdıran səfir Yaponiyanın İpək Yolu üstündə yerləşən Orta Asiya və Cənubi Qafqaz ölkələrinin müstəqilliyini möhkəmləndirmək və həmin ölkələrdə siyasi sabitliyə töhfə vermək niyyətindən danışmışdır. O, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirildiyi Azərbaycana Yaponiya hökumətinin yardımlarının bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Sonra Toşiyuki Fucivara seminar iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.
Xəbərin mətnində orfoqrafik səhv var