DÜNYA
YAPONİYA ÖZ MƏTBƏXİNİ DAHA GENİŞ TƏBLİĞ EDƏCƏK
Proqramın gerçəkləşdirilməsi sayəsində Yaponiya mətbəxi Fransa və Çin mətbəxlərindən sonra dünyada üçüncü yeri tutmalıdır. Bu məqsədlə kulinariya dərslikləri və vəsaitləri hazırlayaraq yaymaq, məşhur aşpazları müxtəlif ölkələrə ezam etmək, internetdən geniş faydalanmaq nəzərdə tutulur. Əsas diqqət yemək hazırlayarkən dondurulmuş balıq ətindən istifadə edən saxtakar aşpazların aradan qaldırılmasına yönəldiləcəkdir. Yaponiya mətbəxi yalnız təzə dəniz məhsullarından istifadəyə əsaslanır və Tokio bu məhsullardan ən dəqiq istifadə qaydalarını xarici ölkələrdə tətbiq etmək niyyətindədir. Kulinariya kampaniyası moda, bədii və animasiya kinosu, ədəbiyyat da daxil olmaqla, milli mədəniyyəti xarici ölkələrdə yaymaq üçün Yaponiya hökumətinin geniş səylərinin tərkib hissəsidir.