DÜNYA
YAPONLAR ANTARKTİDADA İMƏCİLİK KEÇİRƏCƏKLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, yaponlar Antarktidada öz bazasında yığılıb qalan yüzlərlə ton zibili yığışdırmaq məqsədi ilə əsaslı təmizlik işləri aparmaq niyyətindədirlər.
Yaponiya hökumətinin hesablamalarına görə, Antarktidanın çirklənməsinə ölkənin “töhfə”si təxminən 340 ton zibildən ibarətdir. Bunlar köhnə yük maşınları, paslanmış aeroxizəklər, istifadə edilməmiş tikinti materiallarıdır. Bütün bu zibil gələn ildən başlayaraq, 4 il ərzində Yaponiyaya daşınacaqdır.
Yeri gəlmişkən, rusların Antarktidadakı zibilinin həcmi isə 20 min tondur. Əsasən metal qırıntılarından ibarət olan bu zibil də qitədən çıxarılmalıdır.