REGİONLAR


YAP Ağcabədi rayon təşkilatının üzvləri şəhid Mirəli Hüseynovun ailəsini ziyarət ediblər

Ağcabədi, 27 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının üzvləri şəhid Mirəli Hüseynovun doğum günü münasibətilə onun ailəsini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının əməkdaşları və bir qrup fəal əvvəlcə şəhid Mirəli Hüseynovun xatirəsinə inşa olunmuş bulaq kompleksi qarşısına qərənfillər düzüb, şəhidin ruhuna dualar oxuyublar.

Şəhid Mirəli Hüseynovun ailəsi ilə keçirilən görüşdə YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov 30 ilə yaxın düşmənin işğal altında qalan torpağımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edilməsində qəhrəmanlıq göstərmiş döyüşçülərimizin şücaətindən danışıb. Şəhid Mirəli Hüseynov kimi oğulların canı, qanı bahasına böyük qələbənin əldə edildiyini qeyd edərək, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.

Şəhidin qardaşı Mirağa Hüseynov bildirib ki, Mirəli Vətənini sevən, onun uğrunda ölməyi şərəf bilən qəhrəman idi. O, Füzulinin və Qubadlının işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.