REGİONLAR


YAP Ağcabədi rayon təşkilatının üzvləri şəhid Samir Mikayıllının ailəsinə baş çəkiblər

Ağcabədi, 25 sentyabr, AZƏRTAC

27 sentyabr - Anım Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının üzvləri şəhid kapitan Samir Mikayıllının ailəsini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP rayon təşkilatının nümayəndələri, şəhidin ailə üzvləri və bir qrup kənd sakini əvvəlcə Salmanbəyli kəndində şəhid Samir Mikayıllının adını daşıyan “Xatirə” parkındakı abidəni ziyarət edərək, önünə tər çiçəklər düzüb, şəhidlərimizin ruhuna dualar oxuyublar.

Şəhid Samir Mikayıllının ailəsi ilə keçirilən görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Rövşən Əhmədov 30 ilə yaxın düşmənin işğal altında qalan torpağımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edilməsində qəhrəmanlıq göstərmiş döyüşçülərimizin şücaətindən danışıb. Şəhid kapitan Samir Mikayıllı kimi oğulların canı, qanı bahasına böyük Qələbənin əldə olunduğunu qeyd edərək, bütün şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib.

Kənd ağsaqqalı Heydər Məmmədov, şəhidin atası Sabir Sultanov, anası Əziz Babayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.