REGİONLAR


YAP Bərdə rayon təşkilatının fəalları Şəki şəhər qarışıq tipli uşaq evinə baş çəkiblər

Bərdə, 20 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının fəalları Müstəqillik Günü və Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Şəki şəhər qarışıq tipli uşaq evinə baş çəkib, burada təlim-tərbiyə alan uşaqlarla görüşüblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək, uşaqları bayramlar münasibətilə təbrik edib, dövlətimizin bu kateqoriyadan olan uşaqlara göstərdiyi diqqət və qayğıdan danışıb, burada çalışanların ikiqat məsuliyyət altında olduqlarını xüsusi vurğulayıb.

Bərdə məktəbliləri şeirlərlə uşaq evindəki həmyaşıdlarını təbrik edib, müəssisənin azyaşlı sakinləri də onları oxuduqları mahnılarla qarşılayıblar.

YAP Bərdə rayon təşkilatının uşaqlar üçün apardığı hədiyyələr uşaq evinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.