REGİONLAR


YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Nofəl Əlizadənin ailəsini ziyarət ediblər

Bərdə, 29 aprel, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Əlizadə Nofəl Qənbər oğlunun ailəsini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Nofəl Əlizadənin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Nofəl Əlizadə sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşanın azad edliməsində iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Əlizadə Nofəl Qənbər oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

YAP rayon təşkilatın sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhidin atası Qənbər Qənbərov və anası Ülviyyə Qənbərova Nofəlin hərbi xidmətdəki xidmətlərindən və ömür yolundan danışıb, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.

Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün kömək göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.