REGİONLAR


YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Səfayət Hümbətovun ailəsinə baş çəkiblər

Bərdə, 30 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi Yenidaşkənd kəndindən olan Vətən müharibəsi şəhidi Səfayət Hümbətovun şəhadətə yüksəlməsinin ikinci ildönümündə onun ailəsini ziyarət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı, deportasiya və işğalçılıq siyasətindən danışılıb. Bildirilib ki, Yenidaşkənd kəndinin əhalisi də 1948-1953-cü illərdə Azərbaycanın Göycə mahalının Daşkənd kəndindən məcburi şəkildə deportasiya olunaraq Bərdə rayonunda məskunlaşıblar.

Görüşdə 44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun şücaətindən, çavuş Səfayət Hümbətovun döyüş yolundan da bəhs edilib. Məlumat verilib ki, Hümbətov Səfayət Ələddin oğlu sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak edib və orada şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Vətən müharibəsi ölkəmizin ən şanlı tarixidir. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhidin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə məmnunluqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.