REGİONLAR


YAP Bərdə rayon təşkilatının üzvləri şəhid ailələrindən olan müəllimləri ziyarət ediblər

Bərdə, 5 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri Beynəlxalq Müəllimlər Günü münasibətilə Ermənistanın Bərdə şəhərində törətdiyi terror nəticəsində həlak olan Cavid Rzayevin həyat yoldaşı Ruxsarə müəllimin və şəhid Faiq Quliyevin qardaşı Telman müəllimin evində olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasətdən, beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalinin yaşadığı məntəqələri atəşə tutmasından danışılıb.

Bildirilib ki, Bərdə şəhəri və rayonun kəndləri oktyabrın 5-i, 8-i, 27-si, 28-i, eləcə də noyabrın 7-də raket və ağır artilleriya hücumlarına məruz qalıb. Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə erməni faşizminə son qoyuldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.