REGİONLAR


YAP Bərdə rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

Bərdə, 22 fevral, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində ziyarət edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının sədri Fəqət Şadlinskaya və bir qrup partiya fəalı hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksəlmiş Kələntərli kəndindən olan hərbi qulluqçu Yaqublu Yaqub İlham oğlunun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Yaqub Yaqublu sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Növbəti döyüşlərin birində qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.