REGİONLAR


YAP Bərdə rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər

Bərdə, 4 mart, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının sədri Fəqət Şadlinskaya və bir qrup partiya fəalı hərbi əməliyyatlar zamanı şəhid olmuş Körpüsındıran kəndindən olan hərbi qulluqçu Hüseynov Adil Namiq oğlunun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Adil Hüseynov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.